Все о коронавирусе в Азербайджане

                                                                            Онлайн центр квантового мышления

Понедельник, 15 Февраль 2021 14:31

YENIDƏN DİRÇƏLƏN İSLAM SİVİLİZASİYASI

Автор

ABŞ və Qərb tərəfindən qeyri-insani, qanunsuz, şiddətli və ədalətsiz sanksiyaların olduğu bu günlərdə İran dövləti və xalqı İslam İnqilabı qələbəsinin 42-ci ildönümünü qeyd edir. Bütün süni maneə və çətinliklərə baxmayaraq, İran xalqı yorulmayan ruhiyyə ilə dəqiq elmlərdə, texnologiya sahəsində, tibb, nanotexnologiya, biotexnologiya və digər sahələrdə böyük irəliləyişlər əldə etmişdir. İslam İnqilabının nailiyyətlərinə xülasə şəklində nəzər salsaq, dünya üzrə statistik göstəricilərə görə, xalqın dəyərli öncülləri elmi inkişaf etdirməklə dünyada yeni sivilizasiya mərkəzinə çevrilməyə çalışırlar. Əgər bəzi rəqəmlərə diqqət yetirilsə, bu iddianın dərinliyi və reallığın özü olduğu anlaşılar:

Hazırda İran oftalmologiya üzrə dünyada 1-ci, uşaq ürək cərrahiyyəsi üzrə 1-ci, orqan köçürülməsində 3-cü, ümumi tibb üzrə 17-ci yer, dərmanların 97% daxildə istehsalı, yoluxucu xəstəliklərin kökünün kəsilməsi üzrə 1-ci, İslam ölkələri çərçivəsində elmi ixtiraların qeydi üzrə 1-ci, dünyada elmi rütbəyə görə 16-cı yer, elmi müraciətlər üzrə 17-ci, ölkədə 90 % savadlılıq dərəcəsi, ana hüceyrələr üzrə 2-ci yer, kosmik işlərdə dünyada 8-ci, vaksin istehsalında 100 % özünütəmin, nüvə enerjisi elmi üzrə dünyanın 5 ölkəsindən biri və digər inkişaf göstəricilərinin və qabaqcıl məqamların sahibidir. Ümumdünya təşkilatları İranda elmin orta inkişaf sürətinin dünya ilə müqayisədə 11 dəfə çox olduğunu bildirmişlər.

Ancaq yeni İslam məsələsinin siyasi mövzulara daxil olması daha mühümdür və İslam ölkələrinin güclənməsi ilə bu mövzu siyasi ədəbiyyatda özünə yer tutur. Daxilində siyasi və mədəni dialoqları olan İslam sivilizasiyası İslam ölkələrinin onun gözəl naxışları rolundakı xalça kimidirlər.

İran, Türkiyə, Malayziya, Pakistan və digər güclü İslam ölkələrinin varlığı, siyasi rasionallıq, aralarındakı müştərəklik, onlarda olan elm və texnologiya tərəqqisi insanda aşağıdakı sualları yaradır:

1. Həqiqətən dünyada yeni İslam sivilizasiyası formalaşmaqdadır?

2. Keçmiş İslam sivilizasiyalarının yeni İslam sivilizasiyası ilə fərqi nədir?

3) İslam ölkələrinin yeni İslam sivilizasiyasında rolu hansıdır?

4) Yeni İslam sivilizasiyasının modern Qərb sivilizasiyası ilə fərqi?

5) Yeni İslam sivilizasiyasında siyasi rasionallığın yeri haradadır?

6) Yeni İslam sivilizasiyası qədim İslam sivilizasiyasının dirildilməsidir, yoxsa yeni xüsusiyyətlərə malikdir?

Bildiyimiz kimi, İslam sivilizasiyası müxtəlif dövrləri arxada qoymuşdur. Onlardan aşağıdakılara işarə etmək olar:

a) Təməlqoyma və İslam sivilizasiyasının yaranması (İslam Peyğəmbərinin (s) bərəkətli həyatı dövrü);

b) İmam Sadiqin (ə) əzəmətli elmi hərəkatı dövrü, İslam sivilizasiyasının təməli qoyulan dövrə birləşik dövr;

c) Hicri IV-V əsrlərdə olan parlaq sivilizasiya;

Bu dövr Qərb alimlərindən olan Adam Metezin dediyi kimi, İslam renesansıdır və İmam Muhəmməd Baqir (ə) və İmam Cəfəri Sadiqin (ə) elmi hərəkatına borcludur. Bu dövrdə Xarəzmi, Zəkəriyya Razi, Əl-Farabi, Əbu Reyhan Biruni, İbn Sina və İbn Rüşd kimi alimlər yetişmişlər.

Dörd əsr ardıcıl İslam sivilizasiyasının enişi.

Səfəvi əsri və İslam aləmində elmin inkişafı.

Səfəvilər dövründə İslam sivilizasiyası şiə təfəkkür və mədəniyyətinin sayəsində yenidən dirçəldi. Şeyx Bəhayi, Mir Damad, Əllamə Məclisi və Molla Sədr kimi alimlərin ortaya çıxması buna sübutdur.

Qacarlar dövrü Qərbdə sənətin inkişafı ilə eyni zamanda olmuş və İslam sivilizasiyası özünün qürubunu yaşamışdır.

İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei cənabları yeni İslam sivilizasiyasının yaranmasını İslam ümmətinin nizamlı və yeni hədəfli maddi və mənəvi inkişafların yaranmasında bilirlər və bunlar islam təlimlərinin əsasında bütün ictimai cəmiyyətlərdə öz məqsədlərinə yaxınlaşır.

Belə bir sual meydana çıxır ki, İslam dünyasında yeni İslam sivilizasiyasının yaranmasının əlamətləri görünürmü? Cavabında demək lazımdır ki, İslam sivilizasiyasının parlaq keçmişinə nəzər salsaq, İslam ümməti arasında mühüm mənəvi bir dəyərdir. Özünə inam, etimad, möhkəm iradə, güclü və təhlükəsiz İslam dövlətlərinin yaranması bir çox İslam ölkələrində yeni sivilizasiya əsası olaraq istehsal qüdrəti və İslami yaşayış tərzi, eləcə də onun dünyada yayılması, günbəgün zəifləyən Qərb sivilizasiyasının rəqibi kimi müxtəlif sahələrdə zəifliklərə və hədələrə qələbə çalmaqla, elm və texnologiya istehsalı ilə bugünkü dünyada yeni İslam sivilizasiyasının formalaşması mümkündür.

Yeni İslam sivilizasiyasının əsas xüsusiyyətlərindən dinin ardıcıl rolu, nizamlı dini fikirin, ədalətin mövcudluğu, zülmə qarşı çıxması, elmpərəst olması, abadlıq sevməsi və kasıbçılığı aradan qaldırmaq üçün sosial layihələri, yaradıcı və yenilikçiliyi, yüksəliş, tərəqqi həvəsi, insan tərbiyə edən, sülhpərvər, sakitlik sevən və hamıya aid olması kimi xüsusiyyətləri qeyd etmək mümkündür.

Belə bir sual da ortaya çıxa bilər: niyə İslam sivilizasiyası ilə qeyri-islam sivilizasiyası arasında fərq qoyulur? Yeni İslam sivilizasiyasının sekulyar Qərb mədəniyyəti ilə aşağıdakı fərqləri həmin sorğunu cavablandıra bilər:

1. İslam sivilizasiyasında hakim təfəkkür İslam dünyagörüşünə söykənir və onun yaradılışa, Qiyamətə, səadətə və sair məqamlara özünəməxsus münasibəti var.

2. İslam sivilizasiyasının qanun və nizam əsasları sekular və humanist sivilizasiyanın əksinə olaraq İslam şəriətidir.

3. İslam sivilizasiyası və sekulyar sivilizasiyanın tərəqqi mövzusunda fərqləri. İslam sivilizasiyası inkişafı və ədaləti hamıya aid sayır və dini mədəniyyəti cəmiyyətin hakim ruhu kimi qələmə verir.

4. İslam sivilizasiyasının məqsədlərində dünyanın əsil olmasını inkar edərək, ölümdən sonrakı əbədi həyatı önə çəkir, sivilizasiyalı İslam cəmiyyəti insanın əbədi həyat yoluna çevrilir.

Sivilizasiyalar adətən bir və ya bir neçə nöqtədə çiçəklənir və sonralar başqa bölgələrə yayılırlar. Bu gün İran İslam Respublikası yeni İslam sivilizasiyasının mərkəzi və çiçəkləndiyi yerdir, bu sivilizasiyanın İslam dünyasının digər nöqtələrinə sirayət etməsi mümkündür. Biz Türkiyə və Malayziya kimi digər ölkələrdə də İslam sivilizasiyası meydanı kimi bu mədəniyyətin bariz nümunələrini müşahidə edirik. Bununla belə, yeni İslam sivilizasiyası digər ölkələrə də yayıla bilər.

Bu gün İslam dünyasının hər bir ölkəsi İslam sivilizasiyasında öz rolunu oynayır və bir çox şəhərlər inkişaf mərkəzləri ola bilər. Bəzi şəhərlər və məkanlar tarixi keçmişi və sivilizasiya möhtəşəmliyinə görə ilkin məqamlarda qərar tutublar - elm, qüdrət, alim, texnologiya və digər yeniliklərdə öncüllüyə imza atıblar.

İslam dövlətləri arasında əməkdaşlıq nə qədər çox olarsa, yeni İslam sivilizasiyası da daha tez və rahat formalaşar. Dünyada İslam sivilizasiyası əsərləri nə qədər çiçəklənərsə, Yer kürəsi İslam ümməti üçün daha təhlükəsiz, sağlam və rifah içində olar. İslam sivilizasiyasında düşüncə, dialoq, sülh şəraitində yaşamaq mədəniyyəti İslam təfəkkürünə əsasən, daha da çoxalacaq və dini-siyasi rasionallıq ona hakim olacaqdır. Ancaq bu sivilizasiya həmin qədim sivilizasiyadır, ya yox sualına müxtəlif cavablar vardır, ancaq onların oxşarlıqlarını nəzərə almamaq mümkün deyil. Lakin onlar bir olmayacaqlar, çünki zəmanə fərqli, elm və texnologiyanın inkişafı yeni dünyada daha müxtəlif və sürətlidir.

Qurban Əli Purmərcan

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin Mədəniyyət Mərkəzinin sədri

Прочитано 592 раз

последние новости

Top 10 Самые Популярные Новости