Все о коронавирусе в Азербайджане

                                                                            Онлайн центр квантового мышления

Среда, 24 Февраль 2021 16:29

İranda Böyük Azərbaycan-Türk sözlüyünün birinci cildi nəşr olunub

Автор
Böyük Azərbaycan-Türk sözlüyünün birinci cildi, Vəliyyi-fəqihin Ərdəbil vilayəti üzrə nümayəndəsinin nəzarəti altında tərtib edilmiş, eləcə də, min nüsxədə çap olunmuş və paylanmağa hazır vəziyyətə  gətirilmişdir. Bu cild, əlifbanın birinci hərfi olan "A" hərfi ilə təxminən səkkiz min sözdən ibarətdir və hicri şəmsi tarixi ilə 1400-cü ilin sonuna kimi lüğətin 15 cilddə çap olunması planlaşdırılır. Sözügedən lüğət, İran İslam Respublikasının bu ölkədə yaşayan xalqların kimliyini və şifahi irsini qorumaq üçün etdiyi səyləri göstərən bir sənəd olmaqla yanaşı,  kitabxana formatında toplanılmasına, eləcədə tərtibat işlərinə başlanılmış və bu il sona çatması planlaşdırılmışdır.
 
Mühəqqiq Ərdəbili Universitetinin elmi heyətindən əlavə Tehran, Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Zəncan və Fars əyalətlərindən olan bir qrup tədqiqatçı da bu tədqiqat işində öz həmkarlıqlarını göstərmişdir ki, onların bu elmi işə olan fikirləri kitabın son səhifələrində dərc edilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Elmlər Akademiyası professorlarının da müsbət rəyi alınmış və onların korona virusu ilə bağlı yaranmış məhdudiyyətləri götürüldükdən və sərhədlər açıldıqdan sonra Ərdəbilə gəlmələri planlaşdırılımış və bu sahədə onların elmi təcrübələrindən istifadə edilməsi nəzərdə tutulmuşdur.
 
Fevralın 20-si Azərbaycan-Türk lüğətinin onlayn təqdimat mərasimi baş tutub. Ayətullah Seyid Həsən Ameli'nin dəstəyi və Əhəd Beyotenin səyləri ilə hazırlanan Azərbaycan-Türk lüğətinin təqdimatənda  Dr. Seifuddin Altaylı, Türkiyə Universiteti və Sözlük Prof.Dr. Hüseyin Məhəmmədzadə Siddiq, dilçi və rəsmi tərcüməçi
Akademik Möhsün Tağı Soylu, Azərbaycan Respublikası Elmlər Akademiyası Dilçilik Fakültəsi Dekanı və Lüğət Dr. Behrouz Beig Babaei, Allameh Tabatabai Universitetinin professoru, Dilçi və Türkoloq Dr. Mehdi Mirzə Rəsulzadə, Şəms Attar Ardabili Ədəbi Dərnəyinin katibi və Universitetinin tədqiqatçısı Mohaghegh Ardabili  iştirak edib.
 
Прочитано 272 раз

последние новости

Top 10 Самые Популярные Новости