İran İslam Respublikasının Koronavirusla Mübarizə üzrə Qərargahı tərəfindən qəbul edilmiş qaydalara əsasən, yeni növ COVID-19 virusunun yayılmasının qarşısının alınması məqsədilə müayinə və müalicə üçün İrana səfər etmək istəyən bütün xarici vətəndaşlar, o cümlədən Azərbaycan Respublikası vətəndaşları səfərdən öncə giriş icazələri almalıdılar.
Bununla əlaqədar müayinə və müalicə məqsədilə İrana səfər etmək istəyən Azərbaycan Respublikası vətəndaşları ünvanı aşağıda göstərilən İran İslam Respublikasnın Bakıdakı Səfirliyinin Konsulluq Şöbəsinə müraciət etməklə qeydiyyatdan keçərək İrana getmək üçün giriş icazələri ala bilərlər.
ƏSAS ŞƏRTLƏR:
1. İrana getmək məqsədilə giriş icazəsi almaq istəyən şəxslər Səfirliyinin Konsulluq Şöbəsinə müraciət edərkən İranın tibb müəssisələrindən aldıqları qəbul və müalicə sənədini təqdim etməlidilər.
2. Giriş icazəsi almış şəxslər İrana daxil olarkən son 72 saat ərzində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənmiş tibb müəssisələrinin birindən aldıqları sağlamlıq haqqında arayışı (səyahətçinin koronavirusa yoluxmadığına dair PCR testinin nəticəsini) mütləq şəkildə təqdim etməlidilər.
Səfirliyin Konsulluq Şöbəsinin ünvanı:
"Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 269”.
Telefon nömrələri: +99412-433-03-11, +99412-434-19-76