Все о коронавирусе в Азербайджане

                                                                            Онлайн центр квантового мышления

Понедельник, 08 Февраль 2021 14:18

Alban-udi xristian dini icmasının üzvləri Laçında “Ağoğlan” monastırını ziyarət ediblər VİDEO

Автор
 Aydın Yavərzadə

Alban (Qafqaz) Apostol Müstəqil Kilsəsinin varisi olan Azərbaycan Alban-udi dini icmasının nümayəndələri fevralın 6-da Laçın rayonu ərazisində yerləşən qədim alban məbədi “Ağoğlan” monastırını ziyarət ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ziyarətə Alban-udi xristian dini icması ilə yanaşı, Vətən müharibəsinin iştirakçıları olan udi gəncləri də qatılıb.

Dini icmanın sədr müavini Rafik Danakarinin rəhbərliyi ilə “Ağoğlan” məbədində ayin icra olunub, şamlar yandırılıb.

Ayindən sonra Rafik Danakari jurnalistlərə açıqlamasında bu günün udi icması üçün müqəddəs gün olduğunu bildirib: “Biz 180 ildən sonra ilk dəfə “Ağoğlan” məbədinə gəldik. Ona görə ki, bu məbədi bizim ulu babalarımız ziyarət ediblər. Biz də bu gün həm icma nümayəndələri, həm də Vətən müharibəsində iştirak edən əsgərlərlə bura gəlib ziyarət etdik, dualar oxuduq, şam yandırdıq. Allaha şükürlər etdik ki, müharibə bitdi, torpaqlarımız işğaldan azad olundu. Biz Qarabağ müharibəsində şəhid olanlar üçün dualar oxuduq, yaralıların şəfa tapmasını arzuladıq”.

İcmanın sədr müavini Azərbaycanın multikultural ölkə olmasını bu gün dünyaya bir daha sübut etdiklərini vurğulayıb. O qeyd edib ki, Azərbaycanda olan bütün məscidlər, kilsələr və sinaqoqlar Azərbaycan xalqının irsidir. "Ağoğlan" məbədində ermənilərin işğal müddətində etdikləri dəyişiklərə də toxunan sədr müavini monastırın mehrabının təhrif edildiyini diqqətə çatdırıb: “Alban məbədlərində mehrab 3, erməni kilsələrində isə 5-6 pilləkən hündürlüyündə olur. Ermənilər burada dəyişiklik edərək mehrabı daha hündür ediblər. Bundan başqa, xaç daşlarını dəyişiblər. Divarlara erməni xaçları çəkiblər. Lakin binanın özünün konstruksiyası göstərir ki, bura alban məbədidir”.

Qeyd edək ki, erməni vandalizminin qurbanı olan abidələrimizdən biri də “Ağoğlan” monastırıdır. Bu monastır Ağoğlan çayının sahilində, Laçın şəhərinə yaxın ərazidə yerləşir və V-VI əsrlərə aid bazilikadır.

VII əsrdə ərəb istilasının başlanmasınadək Laçın ərazisi Alban dövlətinin tərkibində olub. Abidə müxtəlif vaxtlarda uçqun və dağıntılara məruz qaldığından IX əsrdə yenidən inşa edilərək forma etibarilə monastır üslubuna uyğunlaşdırılıb. Bu abidə təmir edilərkən bünövrələri olduğu kimi saxlanılıb, divarları yenilənib.

Laçın rayonu 1992-ci ildə Ermənistan tərəfindən işğal olunduqdan sonra burada Azərbaycan türklərinin minilliklər ərzində yaratdığı tarixi və mədəni abidələr erməni vandalizmi nəticəsində yerlə-yeksan edildi. Azərbaycanın qədim türk boylarına, həmçinin Alban dövlətinə aid abidələri dağıdıldı. Alban kilsələri ciddi saxtakarlıqlara məruz qalaraq erməni kilsələrinə çevrildi. “Ağoğlan” monastırı da belə saxtakarlığa uğradı. Ermənilər monastırı özününküləşdirmək üçün onun memarlıq quruluşu və interyerinə qeyri-qanuni olaraq dəyişiklik ediblər.

Alban-udi xristian dini icmasının üzvləri Laçında “Ağoğlan” monastırını ziyarət ediblər VİDEO - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi (azertag.az)

Прочитано 195 раз

последние новости

Top 10 Самые Популярные Новости