Sərdəştdə mərkəzi qoşunun hücumu nəticəsində kürd silahlıları ilə çarpışma əmələ gəlmişdi
və onun nəticəsində 28 nəfər əsir tutulmuşdu.
Bunlardan 17 nəfəri azərbaycanlı olduğu üçün Kürdüstan rəhbəri
cənab Qazi Məhəmmədin göstərişi ilə Azərbaycan Milli Hökumətinə təhvil verilmişdir.
Bir müxtəsər təhqiqatdan sonra onların 14 nəfəri azad edilib və dövlət tərəfindən
onlar üçün şərait yaradıldıqdan sonra öz yerlərinə gedəcəklər.
Üç nəfəri də yaralı olduğu üçün xəstəxanada müalicə altındadırlar.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 195, 10.05.1946
Hazırladı Səməd Bayramzadə