Все о коронавирусе в Азербайджане

                                                                            Онлайн центр квантового мышления

Четверг, 25 Февраль 2021 18:10

Azərbaycanlılara qarşı törədilmiş soyqırım tarixindən

Автор
Azərbaycanlılara qarşı törədilmiş soyqırım tarixindən:
"Ərdəbilin Səmərin kəndi fədailərinin xatirəsi əbədi yaşayacaqdır"
Məhəmməd Rza şahın 21 Azər hərəkatını qalibiyyətlə başa vurub 1945-ci ilin dekabr ayının 12-də öz Milli hökumətini qurmuş Azərbaycan xalqına, onun azadlıq mübarizəsinə qarşı 1946-cı ilin noyabr ayından başlayaraq ordu hissələri göndərməsi şahlıq rejiminin başdan-başa xəyanət və cinayətlərlə dolu tarixinin ən bədnam və ən qanlı səhifələrindən birini təşkil edir. Amerikalıların təhriki, şahın xüsusi fərmanı ilə Azərbaycana göndərilən ordu hissələrinin izi təxribat, kütləvi qırğın və qan ləkələrindən ibarət olmuşdur.
 
 
Xaincəsinə qəflətən Azərbaycana soxulmuş cəlladların ayağı hara dəymişsə, orada aldatma, hiylə və riyakarlıq, saysız-hesabsız cinayətlər, kütləvi qırğınlar özünü göstərmişdir. Bu kütləvi qırğınlardan biri də Ərdəbil yaxınlığındakı Səmərin kəndində baş vermişdir. Bu zaman Səmərin fədailərinin bir hissəsi Tarım yaxınlığında, digər hissəsi isə Kisala səngərlərində vuruşurdular.
 
Onlar müqaviməti dayandırmaq əmri aldıqdan sonra geri çəkilərkən qarşılarına çıxan düşmən qüvvələri ilə vuruşur, vurur, vurulur, şəhid olur və yaxud dağlara çəkilirlər.
 
Fədailərdən bir hissəsi öz doğma kəndləri Səmərinə qayıtdıqda burada öncədən gəlib öz mövqelərini bərkitmiş olan İran mərkəzi hökumətinin ordu hissələri, vaxtilə Tehrana qaçmış mürtəce feodalların, o cümlədən kəndin mülkədarı Tağı Ənvarinin silahlı dəstələri ilə qarşılaşırlar.
Düşmənin təslim olmaq təklifinə rəd cavabı verən igid Azərbaycan fədailəri vuruşur və nəhayət silah və say cəhətdən müqayisə edilməz dərəcədə üstünlüyə malik olan düşmən qüvvələrinin mühasirəsinə düşürlər.
 
Patronları qurtarmış fədailərdən bir neçəsi, o cümlədən Celoxan, Poloxan və onun qaraşı Yusif tutularaq başqa fədailərin gözləri qarşısında güllələnirlər.
Buna baxmayaraq Səmərin fədailəri yenə də düşmənə təslim olmurlar.
 
Allah şəhidlərimizə rəhmət eləsin. Onların qanları yerdə qalmayacaqdır!
P.S. Ərdəbilin Səmərin kəndində 1946-cı ilin dekabr ayında İran ordusu tərəfindən Azərbaycan fədailərinə qarşı törədilmiş qırğından görüntülər aşağıdakı fotolarda təqdim edilir.
 
Təqdim etdi : Səməd Bayramzadə
 
 
 
qdim etdi: Səməd Bayramzadə
Прочитано 190 раз

последние новости

Top 10 Самые Популярные Новости