Все о коронавирусе в Азербайджане

                                                                            Онлайн центр квантового мышления

Понедельник, 08 Март 2021 20:50

Öldürmək ehtirasının kökündə nə dayanır?

Автор
Məşhur fransız maarifçisi Jan-Jak Russo hesab edirdi ki, sivilizasiya yaranmazdan əvvəl insanlar bir-birilə daha yaxşı yola gedirdi.
O, şiddətə meylin anidən ortaya çıxmasını özəl mülkiyyət amili ilə bağlayırdı. İngilis filosofu Tomas Qobbs isə insanın özünün təbii halda aqressiv olduğunu, sivilizasiya və dövlətinsə tam əksinə olaraq öldürülmə hallarını azaltdığını güman edirdi.
Əlbəttə ki, öldürmək meyllərini təkcə ictimai-sosial münasibətlər konteksindən izah etmək düzgün olmaz, məsələyə daha kompleks yanaşmaq lazımdır.
Bəzi insanlar düşünür ki, qatillər ictimai bəladır, onlar şeytandır. Bəziləri isə qatilləri sadəcə olaraq ruhi xəstə kimi xarakterizə edir.
“Növbəti qapıdakı qatil: Ağıl niyə öldürmək üçün nəzərdə tutulub” kitabının müəllifi, psixoloq Devid Bass qısa bir sorğu keçirir və bəlli olur ki, tələbələrinin 75 faizi ölümsaçan fantaziyalara malikdir. Bu isə professoru sarsıdır.
Daha sonra o, dünyada 5 min insan arasında sorğu aparır. Məlum olur ki, kişi respondentlərin 91 faizi, qadın respondetlərin isə 84 faizi kiminsə həyatına son qoymağa meyllidir. Devid Bass həmçinin Federal Təhqiqatlar Bürosunun (FBI) sənədlərində adı keçən 400 mindən çox qatil haqqındakı məlumatlar əsasında analiz aparır.
“Öldürmək insanın fundamental təbiətidir, qətl daim bizim ətrafımızdadır. Çünki öldürmək insanın təkamülü prosesindəki reproduktiv rəqabətdə heyrətamiz dərəcədə faydalı idi”-deyə Bass bildirir.
Onun fikrincə, xüsusilə təhqir və ya tənqid olunan kişilərdə qətl törətmək təzahürləri güclənir.
“Qətllərin əksəriyyəti normal həyat sürən şəxslər tərəfindən törədilir, hansı ki, o insanlar öldürənə qədər normal olurlar”-deyə professor fikrini belə əsaslandırır.
Bəlalar ya da şeytani hisslərlə yaşamaq əslində o qədər də asan deyil. İnsan beyni mərhəmət, qəddarlıq kimi əməllər arasında seçim etməli olur.
Ailə-məişət zəminində törədilən qətllər isə hazırda bütün dünyanın problemidir. ABŞ-da qadınların 3-də biri ərləri tərəfindən, oğlan dostları ya da keçmiş patnyorları tərəfindən öldürülür.
Böyük Britaniyada isə hər həftə qadınlar daha çox özlərinin partnyorları və ya keçmiş partnyorları tərəfindən qətlə yetirilir.
Bu haqda Böyük Britaniya mətbuatında həyəcan təbili çalınan yazılar dərc olunur.
“Northwestern University”nin Feinberq Tibb İnstitutunun Məhkəmə-Ekspertiza Tədqiqat Laboratoriyasının direktoru Robert Hanlonun sözlərinə görə, maarifləndirmək məqsədilə vacib informasiyalar üçün təminat rolunu oynamaq lazımdır ki, məişət zəminində gələcək qətllərin qarşısı alınsın. O deyib ki, yeni tapıntılar sayəsində risk qrupuna daxil olan insanları müəyyən etmək olar.
Hanlon bildirir: “Ailə-məişət zəminində qətlə imza atanlar adətən narkotik və alkoqollu içki aludəçiləri olur. Qısqanclıq da burada rol oynayır”.
Göründüyü kimi, qətlin motivlərinin başında həm də insan təbiətindəki destruktiv meyllər dayanır.
Psixoanalitiklər bildirir ki, əslində hər bir insanda bu meyllər mövcuddur, sadəcə onun hansı şəkildə təzahürü önəmlidir.
“Aqressiv və autoaqressiv davranış problemi hər bir cəmiyyətin probleminə çevrilib” psixologiya ədəbiyyatlarında belə yazılıb.
Psixoanalitik Erix Fromm insanı qatil edən səbəblərə eyham vurur: “Həyata inamın itməsi nifrətə səbəb olur. İnsan sübut etməyə çalışır ki, həyat amansızdır, bütün insanlar qəddardırlar və sən özün də qəddar olmalısan”.
Maraqlıdır ki, insanda şeytani vərdişləri inkişaf etdirən amillərdən biri də ətraf mühitlə bağlıdır. Məsələn, FBI-nın arxiv materiallarına görə, qızmar yay aylarında, xüsusilə isti iqlimli şəhərlərdə zorakılıqla müşayiət edilən cinayətlərin sayı artır.
Psixoloqlar müəyyən edib ki, aqressiv davranışa havanın çirklənməsi də mənfi təsir göstərir. Bu fonda isə iqtisadi, maliyyə çətinlikləri, ailə problemləri ortaya çıxırsa, o zaman yaranacaq dramatik mənzərəni özünüz təsəvvür edin.
 
 
Прочитано 607 раз

последние новости

Top 10 Самые Популярные Новости