Все о коронавирусе в Азербайджане

                                                                            Онлайн центр квантового мышления

Пятница, 12 Март 2021 17:47

Nizami Gəncəvi – iki xalqı birləşdirən ədəbi körpü

Автор

Eşq şeiriyyatının ustadı, bənzərsiz düha sahibi, yaradıcılığı ilə özündən sonra bir məktəb miras qoyan Nizami Gəncəvi haqqında söz demək çox çətindir, çünki təriflər onun kölgəsində qalır. Nizami Gəncəvi ötən 880 il ərzində farsdilli ədəbiyyatın mənzum hekayə yazmaq zirvəsində yer almışdır və kimsə bu ucalıqda onunla rəqabət apara bilməmişdir.

Nizami Gəncəvinin üstün şairlik istedadı ilahi ilham və dini əqidəsi ilə birləşərək vəhdət təşkil edəndə daha da güclənir və şeirlərinin açıqlaması farsdilli ədəbiyyat dəryasına baş vuran ədəbiyyatşünaslar üçün əlçatan olur. Nizaminin “Xəmsə”si – “Məxzənül əsrar” (Sirlər Xəzinəsi), “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Həft peykər” (Yeddi gözəl) və “İsgəndərnamə” poemaları bədii mənalar, yenilikçi mövzularla zəngindir. Yaxın və Orta Şərq fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixini zənginləşdirən, ecazkar söz sənəti incilərini yaradan Nizaminin əsərlərindəki yenilik və təravət qəlbləri oxşayır və öz oxucularının ilham mənbəyinə çevrilərək onlara şeirdə, musiqidə, sənətdə yeni yaradıcılıq qapıları açır. Mənanın və əqidənin dərinliyində gizlənmiş bu yenilik onun bütün məsnəvilərində görünür.

Nizaminin özündən əvvəlki Firdovsi, Mənuçehri, Sənayi, Xəyyam və Əsədi Qorqani kimi şairlərdən faydalanması Xəmsədə özünü büruzə versə də Nizami Gəncəvinin məsnəvilərindəki hikmət, irfan, fəlsəfə, əxlaq onu digərlərindən xeyli fərqləndirir. Əsrlərdən bəri axıb gələn bu hikmət çeşməsi bu gün də İran və Azərbaycanda, yaxud dünyanın fərqli bir məkanında yaşamasından asılı olmayayaraq müasir insanın mənəvi qidasına çevrilməkdədir.

Nizami Gəncəvinin anadan olma və vəfat tarixi, yaxud şeiriyyatı ilə bağlı ixtilaflar haqqında çoxlu kitablar yazılmışdır. Yaxın keçmişdə isə onun irfani və fəlsəfi fikirləri Əllamə Məhəmməd Təqi Cəfəri kimi alimlərimiz tərəfindən araşdırılmışdır.

Nizami Gəncəvinin ədəbi, dini və irfani şəxsiyyəti vəhdət, dostluq və birlik axtaran insanlara örnəkdir. Dahi söz ustadını daim diqqət mərkəzində saxlamaq məqsədi ilə İran təqvimində hər il 11 mart  “Nizami Gəncəvi günü” kimi qeyd edilir. Bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış, insanlara daim əxlaqi və yüksək mənəvi keyfiyyətlər aşılayan qüdrətli söz ustadı Nizami Gəncəvinin zəngin yaradıcılığının bəşər mədəniyyəti üçün müstəsna əhəmiyyətini nəzərə alaraq və ustad şairin irsinin öyrənilməsi, nəşri və təbliğinin daha da yaxşılaşdırması məqsədilə də Azərbaycan Respublikasında 2021-ci il “Nizami Gəncəvi ili” elan edilmişdir. Bütün bunlar hər iki qardaş millətin irfan şairi və Xəmsə yaradıcısına verdiyi dəyərin göstəricisi, ona olan sonsuz ehtiramın bariz nümunəsidir. Ümidvarıq ki, Nizami Gəncəvinin əsərlərinin və yaxud bu məşhur şairin fikirləri barədə əsərlərin çap edilməsi ilə dünya xalqları xüsusilədə İran və Azərbaycan xalqları öz ruhlarını və qəlblərini daim Nizami şeiri ilə cilalayacaq və bu onların daha da yaxınlaşmasına səbəb olacaqdır.

Q.Əli. Purmərcan

  İİR-in Azərbaycandakı Səfirliyinin

Mədəniyyət Mərkəzinin sədri

Nizami Gəncəvi – iki xalqı birləşdirən ədəbi körpü – İran Mədəniyyət Mərkəzi (iranmedeniyyetmerkezi.com)

Прочитано 248 раз

последние новости

Top 10 Самые Популярные Новости