Ramıl Əliyev
Bunu anlamaq üçün Veda müdrükləri qəfəsdə quş məsəlini çəkirlər.
Qəfəsdə olan quşun qəfəsini qızıldan düzəltsək, hər saat onu təmizləsək, evin ən gözəl guşəsində yerləşdirsək, dayanıb böyründə ona yelpək çəksək, lakin qəfəsdəki quşa yemək verməsək, sağlam düşüncəli insan üçün kənardan bu mənzərə necə görünəcəkdir?! Quş sadəcə o qızıl qəfəsdə acından öləcəkdir....vəssalam!
Yaxud balığı sudan çıxarıb ona ən bahalı telefon hədiyyə edək, dünya gözəlini arvad verək, ən bahalı maşına qoyaq, ən gözəl evdə saxlayaq, balıq bütün bunlaradan nə qədər məmnun və xoşbəxt olacaqsa, ancaq və ancaq cisminin qayğısını çəkən ruhundan bixəbər insan da o qədər həyatından məmnun və xoşbəxt olub həzz alacaq! Bu faktdır!
Eyni şey hal-hazırkı sivilizasiya ilə baş verməkdədir!
İnsanlar bütün resurs və potensialları tamamilə yalnız və yalnız CANın(ruhun) qəfəsi olan fiziki bədənlərinin rahatlığı, həzzi, ləzzəti, komfortu, ad-sanı və şan-şöhrəti, sağlamlığı və qorunması, nəhayət onun törəmələri olan əsli-nəslinin təminatı naminə səfərbər etmişlər.
Mömün müdrüklər buyururlar; "İNSAN HƏYATI--ALİ DÜŞÜNCƏ, SADƏ YAŞAMAQ DEMƏKDİR!"
Bu məntiqlə təmtəraqlı həyatın və belə həyata can atmağın səbəbi nədir!? Cavabı siz özünüz verin!
Məhəmməd peyğəmbər(s) deyirdi:"Cisminizə nə qədər rahatlıq yaradarsınızsa, ruhunuz o qədər istirab çəkəcək!" Bəyəm bu deyilən bu saat göz qabağında deyilmi!?
Bilirsinizmi acgözlüyün, tamahın, dünya malı toplamağın, şəhvətin, təkəbbürün, lovğalığın və.s səbəbi nədir?
DOYMAQ BİLMƏYƏNİ DOYDURMAĞA ÇALIŞMAQ!
Nə üçün tarix boyu, hər dövürdə mömün və müdrüklər əsasən tamamilə sadə həyat sürmüşlər!? Çünki elə mömünlük və müdrüklük doynı yedizdirmək qabliyyətindədir!
"MƏN" ruhi CANam, fiziki bədən deyiləm! Müddəasını nəzəri və təcrübi dərk etmədən həyat tamamilə mənasızdır! TAMAMİLƏ!
"MƏN"im(ruhi can kimi) nə yeməyə, nə yatmağa, nə cinsi əlaqəyə, nə də ki qorxudan qorunmağa tələbatım və ehtiyacım yoxdur!
BUDUR ALİ DÜŞÜNCƏ!
Bunun əksi CƏHALƏTDİR! Bundan doğan istənilən fəaliyyət isə belə CƏHALƏTin həndəsi silsilə ilə genişlənməsidir! Bu faktdır!
Bunlar Veda müdrüklərinin tösüyyələridir!
Bütün deyilənlərin dəyərini və qiymətini vermək, yaşamaq və duymaq qabliyyəti bu cür insanlarla ünsüyyət qurmaqla inkişaf edir! Alternativi YOXDUR!
Atı atın yanına bağlarsan, həm rəng olmasa da, həmxasiyyət olar!
Dostun kimdir de, deyim kimsən!
İnsanın istənilən istiqamətdə(pozitiv ya neqativ)dəyişməsi üçün tələb olunanın 95%-i ÜNSÜYYƏTDİR, 5%-i isə şəxsi səyləri.
Bütün gördüyümüz fəsadların dalında məhz mənəvi-ruhi ACLIQ durur!
LAZIMİ MİQDARDA VƏ KEYFİYYƏTDƏ RUHİ-MƏNƏVİ QİDALANMAĞI BACARAN İNSANIN CİSMANİ QİDANIN BÜTÜN NÖVLƏRİNƏ TƏLƏBAT VƏ EHTİYACLARI SIFIRA YAXINLAŞMAQDA DAVAM EDİR!!! BU DA BİR FAKTDIR!