Все о коронавирусе в Азербайджане

                                                                            Онлайн центр квантового мышления

Пятница, 12 Март 2021 18:25

"Mahiyyətin açıqlanması layihəsi"ndə aktual mövzu: "GEYİMİN FƏLSƏFƏSİ və "NUDİZM" ANLAYIŞI NƏDİR!?"

Автор

Ramil Əliyev

Mövzunun izahına Məhəmməd peyğəmbər Salavatullah(eşq olsun mübarək adına)ın müqəddəs bir kəlamı ilə başlamaq yerinə düşəcək; "Cisminizə nə qədər rahatlıq, komfort yaradarsınız, ruhunuz o qədər istirab çəkər!"
Bilirsinizmi ruhun istirabı özünü necə biruzə verir? Mənəvi düşgünlük, psixoloji gərginlik, məqsədsizlik, hərislik(hər cür), inamsızlıq(materializm), şöhrətpərəstlik, "aristokratlıq", zorakılıq(hər cür), istismarçılıq(özünü və ətrafını), ifrata varma(hər şeydə)..və.s bu siyahını uzatmaqla diqqəti mövzudan yayındırmaq istəmirəm. Bunlar ruhun istirabının fiziki təzahürləridir və hər biri həndəsi silsilə ilə artan fəsadlara malikdir. Hal-hazırkı mövzumuz da belə fəsadlardan bəhs edəcək. Onu da qeyd edim ki, bu kəlam tək Peyğəmbər Salavatullaha məxsus deyil. Ali Həqiqət tək olduğundan hansı mömünün ifadəsi olmasından asılı olmayaraq, o bütün mövcud mömün və müqəddəslərin yekdil fikrini ifadə edir.
 
Hər cür elm əlifbadan başladığı kim həyatın transsendental elminin öz əlifbası mövcuddur. Əlifbanı bilmədən heç bir sağlam nəticəyə nail olmaq mümkün deyil. Bu bir faktdır!
Həyat elminin əlifbası belədir; "Mən--torpaq, su, od, hava və efir(ət, sümük, qan, sidik və n...s) birləşməsindən ibarət doğulub, xəstələnib, qocalıb-ölən müvəqqəti cisim deyil, əbədiyyət, bilik və həzzdən ibarət əbədi ruhi can olub Ali Can Allah Ali Şəxsin əbədi ayrılmaz hissəciyi kimi Onun əbədi xidmətçisiyəm!".Bunu əvvəlcə nəzəri sonra isə təcrübi dərk etmədən insanın istənilən fəaliyyəti dörd heyvani instinkt(yemək, yatmaq, cinsi əlaqə və qorxu) çərçivəsində onları daha da komfortlu həyata keçirmək və getdikcə daha da ifrata varmaqdan ibarət olacaq. Bu da bir faktdır.
Bütün mənəvi dəyərlərin və insanın bütün varlığı ilə can atdığı həzzin, məmnunluğun, rahatlığın, xoşbəxtliyin, sevincin, əminamanlığın, var-dövlətin, biliyin, gözəlliyin əslində fiziki bədənlə heç bir əlaqəsi yoxdur. Bunlar hamsı insanın ruhi mahiyyətinə aid dəyərlərdir. Nə qədər çox fiziki bədən vasitəsilə onları əldə eləməyə çalışarıq, o qədər də peşimançılıq və məyusluqla üzləşib daha da ifrata varacağıq. Bu balın bankasını çöldən yalamağa bənzəyir. Bhaqavad-qitada Allah Ali Şəxs Şri Krişna(eşq olsun müqəddəs adına) insanın cismani həzz obyektlərini seyr etməsinin onlara bağlılığa, belə bağlılığın tədricən şəhvətə, şəhvətin qəzəbə, onun da öz növnəsində acgözlüyə gətirib çıxaracağını söyləyir. (Şəhvət, qəzəb, acgözlük cəhənnəmin üç qapısıdır.)
 
Bax bu ardıcıllıq hər cür ifrata varmağın əsas səbəbidir. Xoşbəxtlik--ruhun əbədi-əzəli halıdır, onun cisimlə heç bir əlaqəsi yoxdur. Biz bu və ya digər dünyəvi fəaliyyətində uğursuzluğa düçar olan əzizimizə təskinlik verəndə ona "ruhdan düşmə!" deyirik. Nə üçün? Çünki ruhi can daim həzz içində xoşbəxtdir. Onun istirabı özünü unutmasındadır. Bu onu özünü cisimlə, maddi bədənlə eyniləşdirməyə, yəni maddi bədənini öz "Mən"i, şəxsiyyəti sanmağa vadar edir. Bunun da fəsadı öz növbəsində həzzin, xoşbəxtliyin, məmnunluğun, gözəlliyin, biliyin, mal-mülkün, sevginin maddi bədən vasitəsilə əldə edilə biləcəyi əminliyi ilə dərin məyusluğa və peşimançılığa düçar olmaqdır ki, nəticədə hər şeydə ifrata getməyə səbəb olur. Əgər insan öz-özünü, dəyərli insan həyatını, ona ayrılmış naməlum ömür müddətini, fərdi şəxsiyyətini, ona məxsus olan hər bir şeyi, həqiqətən dəyərləndirirsə, o zaman o öz ruhunun qayğısına qalsın, çünki bütün nail olmağa çalışdıqlarnın həqiqisi əbədi olaraq ona məxsusdur. Heç nəyin müvəqqətisi insanı məmnun etmir.
 
Məqalənin əvvəlində biz ruhi təbiətimizlə maddi bədənin tamamilə biri-birinə əks təbiətli olduğuni vurğuladıq. Peyğəmbərin kəlamını buna nümunə gətirdik. Həmin məntiqlə əgər hər şeyin bitib-tükənməyənini, əbədisini, həqiqisini əldə etmək istəyiriksə, o zaman ruhumuzun dirçəlişinə çalışmalıyıq. Məhz bu səbəbdən cismimizin ehtiyac və tələbatlarının məhdudlandırılması və minimuma endirilməsi dəyər olaraq tələb olunur(mənsubiyyətimizi təsdiqləmək üçün yox). Yemək, yatmaq, cinsi əlaqə və qorxu(qorunmaq) ancaq və ancaq maddi bədənin tələbatlarıdır. Ruhi canın("Mən"in) bunlara tamamilə heç bir ehtiyacı yoxdur. Maddi bədənin bu tələbatlarının məhdudlandırılması, minimuma endirilərək həyata keçirilməsi MƏDƏNİYYƏT adlanır! Əks halda heç bir mədəniyyətdən söz gedə bilməz! Məhz bu zaman ruhun dirçəlişi yəni bütün dəyərlərin(xoşbəxtlik, məmnunluq, həzz, əminamanlıq, sevinc, sevgi...)həqiqisinin, realının duyulması baş verir. Bütün bunlar ruhani biliyin, həyat elminin əsasını təşkil edir.
 
Keçək əsas məsələyə, əgər mən(istər qadın, istərsə kişi) fiziki bədənimin ehtiyac və tələbatlarını ön plana qoyub vaxt və enerjimi onların daha da rahatlığını və komfortunu təşkil eləməyə sərf edirəmsə, bu həyatda həqiqi nəyəsə nail olacağıma ümüd yeri saxlayırammı!? Əlbəttə də ki, yox! Bir mənalı olaraq özümü və əzizlərimi aldatmaqla məşğulam. Bu da bir faktdır! Yüzlərlə nümunələr gətirmək olar! Əgər mən fiziki bədənimi soyundurub(istər qadın, istərsə də kişi) seyr obyektinə çevirirəmsə, əslində mən "MƏN BU BƏDƏNƏM....!" deyib qışqırıram! Əslində kimi aldadırlar? Əlbəttə aldanmaq istəyəni, kimdir aldanmaq istəyən!? Başqalarını aldatmağa çalışandır aldanmaq istəyən!
 
Öz əzalarımı nümayiş etdirməklə başqalarını cismani həzzlərlə aldatmağa ÇALIŞIRAM, deməli bununla çox kobud surətdə aldanılmağa məruz qoyuram özümü! Bu da bir faktdır! Bu cür davranışın üç əsas fəsadı var;1. Özümü bütün dəyərlərin(xoşbəxtliyin, həzzin, sevginin...) həqiqisindən tamamilə məhrum edirəm. 2. Ümumi kainat qanunlarına əsasən həqiqi dəyərlərə yetişmək yolunda başqaları üzərində olduqca kobud zorakılıq həyata keçirirəm. 3. Növbəti həyatımı heyvan bədəni almaq kimi bir təhlükəyə məruz qoyuram. Ən əsası isə Tanrını özümdən narazı salıram. Tanrını narazı salan heç kimi heç nədə həqiqətən razı salmaq imkanına malik ola bilməz. Bu qeyri-mümkündür. Həyatda hər şeydə və hər cür uğurun, müvəffəqiyyətin düsturu; "ALLAH razıdırmı!?" kimi səslənir. Bu heç bir alternativi olmayan düsturdur. Əksinə, fiziki bədənin ehtiyac və tələbatlarını məhdudlandıraraq, mədəniləşdirərək minimuma endirməyə, örtməyə çalışmaqla; "Mən-bu müvəqqəti, istirabla dolu, ölümlü-itimli cisim deyiləm, əbədi xoşbəxt, bilik və həzzlə dolu ruhi təbiətli canam!" əks-sədası yayıram ətrafa. Bu zaman mənə yuxarıda sadaladığımız fəsadların tamamilə əksi şamil olunacaqdır. Bu da bir faktdır!
Ruhi təbiətli əbədi CAN kimi xoşbəxtlik bizim daimi təbiətimiz, sevgi əbədi sərvətimizdir. Nizamilər, Fizulilər, Nəsimilər, Mövlanalar, Şekspirlər, Rafaellər bütün dahilər, mömünlər, müqəddəslər məhz bu həqiqətləri müxtəlif vasitələrlə min illər boyu bəşəriyyətə çatdırmağa çalışmışlar....! Bunlar yeni bir fəlsəfə deyil, əbədi həyat elmidir!
 
İnsan həyatının mahiyyəti, mənası, təyinatı və ali məqsədi nə olduğu barədə tamamilə xəbərsiz insan "Bir dəfə yaşayırıq!" deyə cahilcəsinə heç bir çərçivə, məhdudiyyət və qadağaya məhəl qoymayaraq özündən NUDİST dünyagörüşü icad eləyir, həm öz, həm də başqalarının həyatı üzərində zorakılıq həyata keçirməyi "proqressiv" mədəniyyət kimi qələmə verir! NUDİSTlər insanın heyvan balası kimi ana bətnindən necə çıxırsa, o cür də gəzməlidir iddiasını irəli sürüblər. O zaman onları qovsan ki, get meşədə yaşa, qorxudan getməyəcək!
Beləcə əgər həqiqətən biz XOŞBƏXTLİK, SEVGİ, həzz, məmnunluq, sevinc ...arzulayırıqsa, o zaman NUDİSTlik etməməliyik, ruhumuzun--yəni mənəviyyatımızın qayğısına qalmalıyıq, çünki hər bir dəyərin əbədisi, bitib-tükənməzi, həqiqisi məhz oradadır!
Paltarsız həyatın başqa bir tərəfi barəsində də azacıq məlumat vermək istərdim.
 
Bildiyimiz kimi Adəm ata ilə Avyevati(Həvva) anamız hər ikisi görüşməzdən əvvəl belə paltarsız olublar. Ən qədim sanskrit dilində bu cür şüur tərzi "Naqa baba" , "Avadhuta" , "Vikambara" adlanır. Bu qədim zamanın yüksək şüur səviyyəli insanlarına xas davranış olmuşdur. Bu insan şüurunun elə bir səviyyəsidir ki, orda insan tamamilə fiziki bədən konsepsiyasından yüksəkdə qərar tutmuş olur. Avyevati(Həvva) alovun içindən nazil olur tamamilə çılpaq. Adəm isə cənubi Hindistanın Şri Lanka adasından şimala Himalaya tərəf ziyarətə gəlir. Onların görüşü zamanı Kali(dəmir dövrünün rəmzi) ilan kimi peyda olaraq onlara öz müssiyalarının nədən ibarət olduğunu açıqlamaq üçün əvvəlcədən hazırladığı xüsusi barı dadmağı təklif edir və ilk olaraq Avyevati dadaraq ruhi səviyyədən cismani səviyyəyə düşür. Bu onların nəsil artırmaqları ilə nəticələnir. Əzəldən isə hər ikisi cənnət planetləri sakinlərinə xas şüura malik idilər.
Bu hadisənin təbii ki, NUDİSTlərlə tamamilə heç bir əlaqəsi yoxdur!
 
Həqiqi SEVGİ, XOŞBƏXTLİK, əbədi həzz...və.s istiqamətində getdikcə yüksələn insan, nə qədər yüksəlirsə, o qədər də örtülən insan olub Allaha sadiq xidmətçi VAYŞNAV adlanır! Yerdə qalan hamsı özünü aldatmaqdan başqa bir şey deyil əzizlərim! Özünüaldatmanın vaxtını azaltmaq dərrakə əlamətidir!
Bunlar, nisbi həqiqətlərlə özü-özünə güzəştə gedənlər üçün həqiqi inkişafın, ruhi dirçəlişin, mənəvi yüksəlişin düzgün istiqamətini göstərən ÇILPAQ MÜTLƏQ həqiqətlərdir!!!
 
 
Прочитано 184 раз

последние новости

Top 10 Самые Популярные Новости